AZ

Komitə azərbaycanlı professoru medal ilə təltif edib

Yazını böyüt
Yazını kiçilt

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Səudiyyə Ərəbistanında yerləşən Kral Səud Universitetinin Elm Kollecinin Riyaziyyat Departamentinin professoru Mübariz Qarayev ilə görüşüb.

Bu barədə hafta.az-a komitədən məlumat verilib.

Görüş zamanı professora Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilən səmərəli fəaliyyətə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.

Qonaq xaricdə yaşayan azərbaycanlı olaraq fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə səmimi minnətdarlığını bildirib. O, göstərilən diqqət və dəstəyin diaspor fəaliyyətinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor Mübariz Qarayev 2012-ci ildən indiyə kimi Səudiyyə Ərəbistanında yerləşən Kral Səud Universitetinin Elm Kollecinin Riyaziyyat Departamentində professor olaraq çalışır, 100-ə yaxın elmi məqalənin müəllifidir.

Seçilən
0
48
hafta.az

10Mənbələr