EN

Azərbaycan Kubokunda 18 ildən sonra ilk: Tarixdə 3 cü dəfə

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları meydana çıxan 4 komandadan üçünün 2 qol vurması ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, “Qarabağ” – “Sabah” qarşılaşmasında (2:2) hər iki komanda, “Turan Tovuz” – “Ziirə” matçında (0:2) qonaqlar iki dəfə fərqlənib.

Ölkə kuboku tarixində 3-cü dəfə yarımfinalın ilk oyunlarında ən azı 3 komanda 2 və ya daha çox qol vurub. Belə məhsuldarlığa sonuncu dəfə 18 il əvvəl təsadüf olunub. 2007/08 mövsümündə “Qəbələ” – “Xəzər-Lənkəran” (1:3) və “Neftçi”  - “İnter” (2:2) cütlərində yalnız bir komanda 2-dən az qol vurub.

1994/95 mövsümündə də oxşar hadisə yaşanıb. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında üç komanda məhsuldarlıq göstərib.

Ümumilikdə isə 2 görüşdə 6 qol vurulub və orta məhsuldarlıq 3,00-ə bərabər olub. 1/2 finalın ilk oyunlarında  Azərbaycan kuboku tarixində 9-cu dəfə bu rəqəm 3 və ya daha yüksək olub.

Mütləq rekord 1994/95 mövsümünə məxsusdur. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında 9 qol vurulub və orta göstərici 4,50 olub. 2007/08 və 2008/09 mövsümlərində 8, 2023/24 mövsümündə 7 qol qeydə alınıb. 1997/98, 2015/16, 2016/17 və 2022/23 mövsümlərində isə indiki kimi ilk oyunlar 6 qolla yekunlaşıb.

Valdas Dambrauskas: “Onların işinə güvənirəm”

Son 10 mövsümün azarkeş rekordu qırılıb

“Zirə” Azərbaycan çempionu oldu

“Qarabağ” - “Sabah” matçında bərabərlik - YENİLƏNİB

Yunis Hüseynov: “VAR baş hakimi monitora dəvət etməli idi”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
50
apasport.az

10Sources