EN

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri ölüb - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzi Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan birinin ölüm faktı ilə bağlı məlumat yayıb.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, 03.04.2026-cı il tarixində saat 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, azyaşlı 01.04.2026-cı il tarixində saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 02.04.2026-cı il tarixində evə buraxılmışdı.

Əlavə edək ki, digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir.

MƏLUMAT YENİLƏNİR

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb.

"Far.Az"un yerli bürosu məlumat verir ki, zəhərlənmə hadisəsi iki gün öncə baş verib.

Belə ki, aprelin 1-də çoxuşaqlı ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Azyaşlılar xəstəxanaya yerləşdirilib, daha sonra evə buraxılmışdılar. Qəfil halı pisləşən 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Chosen
20
11
far.az

10Sources