AZ

Atası 2 yaşlı Gülcənnəti morqdan belə çıxardı VİDEO

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Sumqayıtda eyni ailənin altı üzvü dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisədə iki yaşlı qızını itirən ata - Kamil Cəbrayılovun vəfat edən körpəsini morqdan çıxardığı anlar insanları duyğulandırıb. 

9 uşaq atası xəstəxanaya yerləşdirilən uşaqlarından ikisinin vəziyyətinin ağır olduğunu bildirib: "Təəssüflər olsun ki, səhər saat 5-də zəng edib Gülcənnətin dünyasını dəyişdiyini bildirdilər. Çox ağır dərddir, qızımı az öncə dəfn edib gəlmişəm. Hazırda digər beş övladımın müalicəsi davam edir, tək duam onların sağ-salamat ayağa qalxmasıdır".

Qeyd edək ki, aparılan müalicə və müayinələrə baxmayaraq, 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin həyatını xilas etmək mümkün olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
5
unikal.az

10Mənbələr