AZ

Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO

Sumqayıtda eyni ailənin altı üzvünün dəm qazından zəhərlənməsi ilə nəticələnən hadisədə iki yaşlı qızını itirən ata - Kamil Cəbrayılov jurnalistlərə ürəkdağlayan açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Ailə başçısı hadisə gecəsi uşaqlarının vəziyyətinin qəfil pisləşdiyini və çarəsiz qaldığını bildirib:

Müalicələrini davam etdirmək üçün uşaqları xəstəxanadan evə gətirmişdim. Dünən gördüm ki, hamısı yerə yıxılıb. Təcili yardım çağırdıq və uşaqları xəstəxanaya çatdırdıq. Dördünün vəziyyəti normal, ikisi isə ağır idi".

Kamil Cəbrayılovun sözlərinə görə, xəstəxanada uşaqların dördünün vəziyyəti stabilləşsə də, iki övladının durumu ağır olub:

"Təəssüflər olsun ki, səhər saat 5-də zəng edib Gülcənnətin dünyasını dəyişdiyini bildirdilər. Çox ağır dərddir, qızımı indicə dəfn edib gəlmişəm. Hazırda digər beş övladımın müalicəsi davam edir, tək duam onların sağ-salamat ayağa qalxmasıdır".


Telegram kanalımız
Seçilən
9
7
yenisabah.az

10Mənbələr