EN

Azərbaycan Kubokunun yarımfinalında 18 illik məhsuldarlıq təkrarlanıb

Azərbaycan Kubokunun yarımfinal mərhələsində 18 illik rekord təkrarlanıb.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasından bildirilib.

Yarımfinalın ilk oyunları meydana çıxan 4 komandadan üçünün 2 qol vurması ilə yadda qalıb. "Qarabağ" – "Sabah" qarşılaşmasında (2:2) hər iki komanda, "Turan Tovuz" – "Ziirə" matçında (0:2) qonaqlar iki dəfə fərqlənib.

Ölkə kuboku tarixində 3-cü dəfə yarımfinalın ilk oyunlarında ən azı 3 komanda 2 və ya daha çox qol vurub. Belə məhsuldarlığa sonuncu dəfə 18 il əvvəl təsadüf olunub. 2007/08 mövsümündə "Qəbələ" – "Xəzər-Lənkəran" (1:3) və "Neftçi" - "İnter" (2:2) cütlərində yalnız bir komanda 2-dən az qol vurub.

1994/1995 mövsümündə də oxşar hadisə yaşanıb. "Neftçi" – "Xəzri" (2:1) və "Kəpəz" – "Kur-Nur" (3:3) matçlarında üç komanda məhsuldarlıq göstərib.

Ümumilikdə isə 2 görüşdə 6 qol vurulub və orta məhsuldarlıq 3,00-ə bərabər olub. 1/2 finalın ilk oyunlarında Azərbaycan kuboku tarixində 9-cu dəfə bu rəqəm 3 və ya daha yüksək olub.

Mütləq rekord 1994/1995 mövsümünə məxsusdur. "Neftçi" – "Xəzri" (2:1) və "Kəpəz" – "Kur-Nur" (3:3) matçlarında 9 qol vurulub və orta göstərici 4,50 olub. 2007/2008 və 2008/2009 mövsümlərində 8, 2023/2024 mövsümündə 7 qol qeydə alınıb. 1997/1998, 2015/2016, 2016/2017 və 2022/2023 mövsümlərində isə indiki kimi ilk oyunlar 6 qolla yekunlaşıb.

Chosen
10
28
far.az

10Sources