EN

ABŞ hücum edəcəyi halda, İran Təl-Əvivə zərbələri gücləndirəcək

İran, ABŞ-nin İslam Respublikasının infrastrukturunu məhv etmək hədələri reallaşacağı təqdirdə, Təl-Əvivə daha güclü zərbələr endirməyə hazır olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.

"Əgər ABŞ Prezidenti Donald Trampın İranın körpülərini, elektrik stansiyalarını və enerji infrastrukturunu məhv etmək hədələri həyata keçirilərsə, İran Silahlı Qüvvələri daha ciddi zərbələr endirəcək", - Baş Qərargahdan bildirilib.

Bəyanatda əlavə edilib ki, hücumlar təkcə ABŞ və İsrail obyektlərinə deyil, həm də Təl-Əvivin "daha mühüm və geniş hissələrinə", eləcə də regionun ABŞ bazaları yerləşən ölkələrinə yönələ bilər.

İran hərbçiləri həmçinin xəbərdarlıq ediblər ki, ABŞ-nin hərbi bazalarına ev sahibliyi edən dövlətlər mümkün zərərdən qaçmaq üçün "amerikalıları öz ərazilərini tərk etməyə məcbur etməlidirlər".

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Chosen
72
50
far.az

10Sources