EN

Bakıda növbəti dəfə beynəlxalq şahmat festivalı keçiriləcək

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Open” beynəlxalq şahmat festivalı keçiriləcək.

AŞF-dən AZƏRTAC-a bildirilib ki, festival A,B və C qrupları üzrə təşkil olunacaq. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. Festival çərçivəsində eyni zamanda veteranlar arasında Azərbaycan çempionatı baş tutacaq.

“Baku Open” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 000 ABŞ dolları təşkil edir.

Bakı Kristal Zalında gerçəkləşəcək yarışın açılış mərasimi aprelin 28-də olacaq. Festivala mayın 6-da yekun vurulacaq.

Chosen
16
7
azertag.az

10Sources