AZ

"Baku Open" şahmat festivalı keçiriləcək

style='margin-bottom:10px;'>

Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə cari ildə də “Baku Open” Beynəlxalq Şahmat Festivalının keçiriləcəyini elan edib.

QOL.az xəbər verir ki, festival 3 qrupda – A,B və C qrupları üzrə təşkil olunacaq. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. Festival çərçivəsində eyni zamanda veteranlar arasında Azərbaycan çempionatı baş tutacaq. “Baku Open” Beynəlxalq Şahmat Festivalının ümumi mükafat fondu 50.000 ABŞ dolları təşkil edir. 

Bakı Kristal Zalında təşkil olunacaq yarışın açılış mərasimi aprelin 28-də olacaq. Festivala mayın 6-da yekun vurulacaq.

Seçilən
10
6
teleqraf.com

10Mənbələr