Aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığmaları ilə qarşılaşacaq futzal millimizin təlim-məşq toplanışı olacaq.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Aprelin 5-dən 7-dək Bakıda keçiriləcək hazırlıq prosesinə baş məşqçi Yevgeni Kukseviç 3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçı dəvət edib. Komanda məşqlərini gündə iki dəfə olmaqla “Olimpik Star”da reallaşdıracaq.
Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi "Araz-Naxçıvan"), Cavad Məmmədov (Baku Fire)
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı "Neftçi"), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı "Baku Fire"), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi "Araz-Naxçıvan"), Qüdrət Qasımzadə (Şuşa).