Aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, 13-ü və 15-də isə Aktauda Qazaxıstan yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.
Azərbaycan Futzal Federasiyasından "Far.Az"a verilən məlumata görə, aprelin 5-dən 7-dək Bakıda keçiriləcək hazırlıq prosesinə baş məşqçi Yevgeni Kukseviç 3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçı dəvət edib.
Komanda məşqlərini gündə iki dəfə olmaqla "Olimpik Star"da reallaşdıracaq.
Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi "Araz-Naxçıvan"), Cavad Məmmədov ("Baku Fire")
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı "Neftçi" İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı "Baku Fire"), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi "Araz-Naxçıvan"), Qüdrət Qasımzadə ("Şuşa")