Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək.
İdmanxeber.az xəbər verir ki, ilk oyunların ikisi də eyni günə nəzərdə tutulub.
Əvvəlcə “Turan Tovuz” “Zirə” ilə üz-üzə gələcək. Görüş saat 17:30-da başlayacaq.
Günün ən çox maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Burada Azərbaycan kubokunun səkkizqat qalibi “Qarabağ” turnirin son çempionu “Sabah”ı qəbul edəcək. Matç saat 20:00-da start götürəcək.
Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.
3 aprel (cümə)
17:30. “Turan Tovuz” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu