Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək.
Hit.az xəbər verir ki, ilk oyunların 2-sik də eyni günə nəzərdə tutulub.
Əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək. Görüş saat 17:30-da başlayacaq. 1/4 finalda Tovuz təmsilçisi "Kəpəz"i, Bakı klubu "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb.
Günün ən çox maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Burada Azərbaycan kubokunun səkkizqat qalibi "Qarabağ" turnirin son çempionu "Sabah"ı qəbul edəcək. Matç saat 20:00-da start götürəcək. 1/4 finalda Ağdam təmsilçisi "Şamaxı", paytaxt klubu isə "Qəbələ" səddini aşıb.
Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.
3 aprel (cümə)
17:30. “Turan Tovuz” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu