AZ

Azərbaycan kubokunda yarımfinal başlayır

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək.

"Yeni Sabah" xəbər verir ki, ilk oyunların eyni gündə keçirilməsi nəzərdə tutulub.

Əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək. 1/4 finalda Tovuz təmsilçisi "Kəpəz"i, Bakı klubu "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb.

Günün ən çox maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Azərbaycan kubokunun səkkizqat qalibi "Qarabağ" turnirin son çempionu "Sabah"ı qəbul edəcək. Matç saat 20:00-da start götürəcək. 1/4 finalda Ağdam təmsilçisi "Şamaxı", paytaxt klubu isə "Qəbələ" səddini aşıb.

Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 apreldə oynanılacaq.


Telegram kanalımız
Seçilən
10
8
yenisabah.az

10Mənbələr