EN

İran səfirindən İrəvana üstüörtülü xəbərdarlıq: Trampın avantürası sizə də təsir edəcək


Tehran ABŞ siyasəti fonunda Ermənistana mesaj göndərib.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirgolami ABŞ prezidenti Donald Trampın siyasətini sərt tənqid edib və dolayısı ilə Ermənistana xəbərdarlıq edib.

Səfir bildirib ki, Tramp çox böyük “avantüraya” qoşulub və bu, təkcə regiona deyil, ABŞ-ın özünə də təsir göstərir. Onun sözlərinə görə, Tramp seçki kampaniyası zamanı xarici müharibələrə xərclənən vəsaitləri tənqid etsə də, indi həmin vədlərindən geri çəkilib.

Şirgolami qeyd edib ki, əgər bu siyasət davam edərsə, bunun nəticələri digər ölkələrə də təsirsiz ötüşməyəcək:
“Ümid edirik ki, bu uzun çəkməz. Amma hesab edirik ki, bu avantüra davam edərsə, sizin ölkənizin daxili proqramları da müəyyən problemlərlə üzləşəcək”.

İranlı diplomatın sözlərinə görə,Trampın İrana qarşı səsləndirdiyi bəyanatlar beynəlxalq hüquqa görə hərbi cinayət kimi qiymətləndirilə bilər. Onun bildirdiyinə əsasən, sənaye və enerji infrastrukturlarına hücumlar da eyni kateqoriyaya daxildir və gələcəkdə bunun məsuliyyəti mütləq ortaya çıxacaq.

Səfir vurğulayıb ki, İran bütün ssenarilərə hazırdır və artıq ABŞ və İsrailə ciddi zərbələr endirdiyini iddia edib.

O həmçinin bildirib ki, ABŞ-ın Avropa və NATO-dakı bəzi müttəfiqləri bu müharibəni “axmaq müharibə” kimi qiymətləndirir və ona qoşulmaq istəmirlər.

Musavat.com

Chosen
24
50
musavat.com

10Sources