AZ

Trampın həyat yoldaşı ilə bağlı dediklərinə Makrondan SƏRT REAKSİYA

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına sərt reaksiya verib.Bizim.Media "Reuters"ə istinadla xəbər verir ki, Makron Trampın açıqlamalarının davranış standartlarına uyğun olmadığını bildirib.Fransa lideri Trampın həm şəxsi, həm də siyasi ritorikasını uyğun saymadığını açıq şəkildə vurğulayıb.Makron eyni zamanda İran ətrafındakı hərbi əməliyyatları da tənqid edib.Onun sözlərinə görə, müharibə Tehran nüvə probleminin “uzunmüddətli həlli” deyil. Fransa prezidenti əlavə edib ki, Hörmüz boğazının hərbi əməliyyatla “azad edilməsi” ideyası real görünmür.O bunu İranın sahil təhlükələri, İnqilab Keşikçiləri və mümkün raket hücumları fonunda son dərəcə riskli sayıb.Reuters yazır ki, Makron bu məsələ ilə bağlı diplomatik xətti müdafiə edir və boğazın açılmasının hərbi güclə deyil, İranla siyasi-diplomatik təmaslar vasitəsilə həll olunmasını daha real hesab edir.O, dolayısı ilə Vaşinqtonun dəyişkən mövqeyini də tənqid edərək, beynəlxalq böhranların idarəsində ardıcıllığın vacibliyini vurğulayıb.Makronun bəyanatı Trampın son günlər Fransa, NATO və şəxsən Fransa prezidentini hədəfə alan çıxışlarından sonra səslənib.Xatırladaq ki, Tramp daha əvvəl müttəfiqləri Hörmüz boğazı ətrafında hərbi dəstəyə çağırmış, Makronla bağlı da istehzalı ifadələr işlətmişdi. Trampın sözlərinə görə, Makronun həyat yoldaşı ona “çox pis münasibət göstərir” və o, hələ də çənəsinə aldığı zərbədən sonra özünə gəlməyə çalışır.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

2Mənbələr