EN

İrandan gözlənilməz addım: Bu ölkənin PUA sı vuruldu

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İranın hava hücumundan müdafiə qüvvələrinin Çin istehsalı olan “Wing Loong II” pilotsuz uçuş aparatını vurduğu iddia edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. İlkin məlumatlara görə, bu tip PUA-lardan ABŞ deyil, əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri istifadə edir.

Məlumatın rəsmi şəkildə təsdiqlənəcəyi təqdirdə, bu hadisə Fars körfəzi ölkələrinin İranın hava məkanı üzərində həyata keçirilən əməliyyatlarda birbaşa iştirak etdiyini göstərə bilər.

Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
8
globalinfo.az

10Sources