EN

“Uşaqlarda inkişaf geriliklərini vaxtında aşkar etmək vacibdir” PSİXOLOQ ŞƏRH ETDİ

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Valideynlər uşaqlarını diqqətlə müşahidə etməlidirlər. 0–1 yaş aralığında uşağın yaşıdlarına nisbətən inkişafında gerilik hiss edirsinizsə, bunu gecikdirmədən erkən müdaxilə ilə dəstəkləmək vacibdir”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında psixoloq Nuriyyə Vidadı qızı deyib.

“Uşaq səsə, toxunuşa və ya işığa həddindən artıq reaksiya verirsə və ya əksinə, reaksiya vermirsə – bu sensor fərqlilik ola bilər.

Yaşıdları ilə müqayisədə danışma, anlama və ya hərəkət bacarıqları geri qalırsa, inkişaf ləngiməsi ehtimalı var.

Sadə tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirsə və tez yorulursa, bu da diqqətə alınmalıdır.

Valideyn bu əlamətləri müşahidə edərsə, vaxtında mütəxəssisə müraciət etmək vacibdir”– deyə o əlavə edib.

Psixoloq qeyd edib ki, uşağın inkişaf mərhələlərini diqqətlə izləmək onun gələcək təhsil və sosial bacarıqlarına böyük təsir göstərir:

“Hər uşaq fərqli sürətlə inkişaf etsə də, geriliklər vaxtında aşkar edilməli və lazımi dəstək verilməlidir. Valideynlərin rolü yalnız nəzarət etmək deyil, həm də uşağa düzgün stimul və müsbət mühit yaratmaqdır. Erkən müdaxilə uşağın özünə inamını artırır və potensialını maksimum şəkildə inkişaf etdirməsinə kömək edir”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
icma.az

2Sources