AZ

“Uşaqlarda inkişaf geriliklərini vaxtında aşkar etmək vacibdir” PSİXOLOQ ŞƏRH ETDİ

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Valideynlər uşaqlarını diqqətlə müşahidə etməlidirlər. 0–1 yaş aralığında uşağın yaşıdlarına nisbətən inkişafında gerilik hiss edirsinizsə, bunu gecikdirmədən erkən müdaxilə ilə dəstəkləmək vacibdir”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında psixoloq Nuriyyə Vidadı qızı deyib.

“Uşağın özü-özünə böyüyüb düzələcəyini düşünmək düzgün deyil. 4–4,4 yaşında, həmçinin 3–4 yaş arası uşaqlarda inkişaf geriləmələri müşahidə edilə bilər. Erkən müdaxilə həm uşağın inkişafı üçün əhəmiyyətlidir, həm də valideynlər üçün əlavə xərclərin qarşısını alır”– deyə o əlavə edib.

Psixoloq qeyd edib ki, uşağın inkişaf mərhələlərini diqqətlə izləmək onun gələcək təhsil və sosial bacarıqlarına böyük təsir göstərir:

“Hər uşaq fərqli sürətlə inkişaf etsə də, geriliklər vaxtında aşkar edilməli və lazımi dəstək verilməlidir. Valideynlərin rolü yalnız nəzarət etmək deyil, həm də uşağa düzgün stimul və müsbət mühit yaratmaqdır. Erkən müdaxilə uşağın özünə inamını artırır və potensialını maksimum şəkildə inkişaf etdirməsinə kömək edir”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
icma.az

2Mənbələr