EN

İrandan Müctəba Xamenei barədə açıqlama

İran xarici işlər nazirliyinin sözçüsü İsmail Bəqayi ali dini lider Müctəba Xamenei barədə danışıb. Metbuat.az xəbər verir ki, o, Misirin “Əl-Məsri əl-Youm” agentliyinə müsahibəsində Müctəba Xameneinin vəziyyətinin yaxşı olduğunu ifadə edib. Diplomatın sözlərinə görə, ali dini liderin ictimaiyyət qarşısına çıxmaması təhlükəsizlik tədbirləri ilə bağlıdır.

İsmail Bəqayi, “Onun səhhəti barədə çox danışılır, amma sizi əmin edirəm ki, o, yaxşıdır. Müharibə vəziyyətini nəzərə alsaq, onun ictimaiyyət qarşısına çıxması üçün bir qədər vaxt lazım ola bilər”, - deyə bildirib.

Chosen
17
2
metbuat.az

10Sources