AZ

Xameneinin vəziyyəti açıqlandı



İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi Misirin “Əl-Məsri əl-Youm” agentliyinə müsahibəsində ölkənin yeni Ali Lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

“Aia.az” xəbər verir ki, XİN rəsmisi Müctəba Xameneinin vəziyyətinin yaxşı olduğunu və onun tezliklə ictimaiyyət qarşısına çıxacağını bildirib.

Bəqayi qeyd edib ki, Ali Liderin hazırda görünməməsi davam edən müharibə şəraiti və təhlükəsizlik tədbirləri ilə bağlıdır:

“Onun səhhəti barədə çox danışılır, amma sizi əmin edirəm ki, o, yaxşıdır. Hazırkı müharibə vəziyyətini nəzərə alsaq, onun ictimaiyyət qarşısına çıxması üçün bir qədər vaxt lazım ola bilər. Lakin şəraitdən asılı olmayaraq, dövlətin idarə olunması və müdafiənin təşkili effektiv şəkildə həyata keçirilir”.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində əvvəlki Ali Lider Əli Xamenei həlak olub. Martın 8-də onun oğlu Müctəba Xamenei yeni rəhbər seçilsə də, hücum zamanı yaralandığı və ya komada olduğu barədə iddialar səbəbindən indiyədək kamera qarşısına çıxmayıb.



Seçilən
14
9
aia.az

10Mənbələr