Bakı, 1 aprel, AZƏRTAC
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.
Lütfəliyeva B qrupunun Kosovo – Moldova (12 aprel), Moldova – Litva (18 aprel) matçlarının baş hakimi, Kosovo – Litva (15 aprel) görüşünün ehtiyat hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.