AZ

Lütfəliyeva UEFA-dan təyinat aldı

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunun 3 oyununda fəaliyyət göstərəcək. Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

Seçilən
13
19
football-plus.az

10Mənbələr