EN

Azərbaycan millisi FİFA reytinqində irəlilədi

style='margin-bottom:10px;'>

Azərbaycan millisi FİFA reytinqində üç pillə irəliləyib.

QOL.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Ayxan Abbasovun komandası hazırda 1136.67 əmsalla 124-cü pillədə qərarlaşıb. 

Azərbaycan yığmasının ötən ay "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olması reytinqdə irəliləyişə səbəb olub.

Azərbaycanın UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Litva 148-ci, Lixtenşteyn isə 206-cı pillədə qərarlaşıb.

Reytinqin ilk pilləsində Fransa (1877.32) yer alıb. İspaniya (1876.40) ikinci, Argentina (1874.81) üçüncüdür.

Chosen
21
1
teleqraf.com

2Sources