AZ

Millimiz FİFA reytinqində irəlilədi

Mİllimiz FİFA reytinqində üç pillə irəliləyib.

"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun komandası hazırda 1136.67 əmsalla 124-cü pillədə qərarlaşıb. Yığmamızın ötən ay "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olması reytinqdə irəliləyişə səbəb olub.

Azərbaycanın Millətlər Liqasındakı rəqiblərindən olan Litva 148-ci, Lixtenşteyn isə 206-cı pillədə qərarlaşıb.

Reytinqin ilk pilləsində Fransa (1877.32) yer alıb. İspaniya (1876.40) ikinci, Argentina (1874.81) üçüncü sıradadı.

Seçilən
1
1
football-plus.az

2Mənbələr