EN

Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat

style='margin-bottom:10px;'>

Azərbaycanlı FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

F. Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq.

Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

Chosen
17
11
teleqraf.com

10Sources