Bakı, 1 aprel, AZƏRTAC
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində daha iki final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Çexiya Danimarkanı (2:2; p. 3:1), Bosniya və Herseqovina isə İtaliyanı (1:1; p. 4:1) penaltilər seriyasında məğlub edərək finala vəsiqə qazanıblar.
Digər matçlarda Türkiyə Kosovonu 1:0, İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə ediblər. Bununla da Avropa zonası üzrə pley-off mərhələsinə yekun vurulub.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.