AZ

DÇ-2026: Türkiyə millisi Kosovaya qalib gələrək dünya çempionatında iştirak etmək hüququ qazandı

Türkiyə millisi futbol üzrə dünya çempionatında iştirak etmək hüququ qazanıb.

Heftelik.az xəbər verir ki, Türkiyə yığması Avropa zonası üzrə pley-off mərhələsində Kosovaya qalib gəlməklə buna nail olub.

Oyunda yeganə qolun müəllifi Kərəm Aktürkoğlu olub.

Beləliklə, Türkiyə millisi 24 ildən sonra dünya çempinatında iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.

 

 

Seçilən
8
18
heftelik.az

10Mənbələr