EN

Tatarıstandakı zavodda partlayış olub, 72 nəfər yaralanıb - YENİLƏNİB-3

Tatarıstandakı "Nijnekamskneftekim" zavodunda baş verən partlayış nəticəsində 72 nəfər yaralanıb.

"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətdən bildirilib.

Onlardan 8 nəfər xəstəxanaya yerləşdirilib, 64 nəfər yüngül xəsarət alıb.

Bundan əlavə, bildirilib ki, fövqəladə hadisə nəticəsində iki nəfər ölüb.

Daha əvvəl üç nəfərin həlak olduğu barədə məlumat verilmişdi.

Tatarıstanda "Nijnekamskneftekim" zavodunda baş verən partlayış nəticəsində həlak olanların sayı üçə çatıb.

"Report" xəbər verir ki, bu barədə mənbə REN TV-yə bildirib.

Məlumata görə, ümumilikdə 58 nəfər xəsarət alıb.

Qeyd edilib ki, yanğın lokallaşdırılıb.

Telekanalın məlumatına görə, zərərçəkənlərdən 5-nin vəziyyəti ağırdır.

Tatarıstanda "Nijnyekamskneftekim" zavodunda yanğından sonra baş verən partlayışda bir nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri "Sibur"a istinadən məlumat yayıb.

Xəsarət alanların sayı 50-yə çatıb.

Bildirilib ki, hadisə avadanlığın işində baş verən nasazlıq nəticəsində meydana gəlib.

Rusiyanın Nijnekamsk şəhərində "Nijnekamskneftekim" ASC neft-kimya zavodunun ərazisində yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə şəhərin meri Radmir Belyayev bildirib.

R.Belyayev qeyd edib ki, sakinlərə və ekoloji vəziyyətə təhlükə qeydə alınmayıb.

İlkin məlumatlara görə, yanğın nəticəsində 13 nəfər xəsarət alıb. Qeyd olunub ki, hazırda yanğının lokallaşdırılması ilə bağlı iş aparılır.

Yanğının ilkin səbəbi kimi avadanlığın işində nasazlıq göstərilir.

Chosen
28
1
far.az

7Sources