AZ

Tatarıstanda zavodda partlayış olub, 72 nəfər yaralanıb

Tatarıstandakı “Nijnekamskneftekim” zavodunda baş verən partlayış nəticəsində 72 nəfər yaralanıb.

İnterpress.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətdən bildirilib.

Onlardan 8 nəfər xəstəxanaya yerləşdirilib, 64 nəfər yüngül xəsarət alıb.

Bundan əlavə, qeyd olunub ki, fövqəladə hadisə nəticəsində iki nəfər ölüb.

Daha əvvəl üç nəfərin həlak olduğu barədə məlumat verilmişdi.

Seçilən
37
1
interpress.az

7Mənbələr