EN

Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək

İnzibati Xətalar Məcəlləsinə əsasən, sabahdan Azərbaycanda qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat cərimə tətbiq ediləcək.

Bu barədə "Far.Az"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, "Tütün və tütün məmulatları haqqında" qanunla aprelin 1-dən ölkədə elektron siqaretlərin istifadəsi qadağan edilir.

"Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin - təbiətə və özünüzə qayğı göstərin", - məlumatda qeyd olunub.

Chosen
17
27
far.az

10Sources