İnzibati Xətalar Məcəlləsinə əsasən, sabahdan Azərbaycanda qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat cərimə tətbiq ediləcək.
Bu barədə Newscenter.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, "Tütün və tütün məmulatları haqqında" qanunla aprelin 1-dən ölkədə elektron siqaretlərin istifadəsi qadağan edilir.
"Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin - təbiətə və özünüzə qayğı göstərin", - məlumatda qeyd olunub.
Süleyman