Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, sabahdan Azərbaycanda qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat cərimə tətbiq ediləcək.Bu barədə Newscenter.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.Bildirilib ki, "Tütün və tütün məmulatları haqqında" qanunla aprelin 1-dən ölkədə elektron siqaretlərin istifadəsi qadağan edilir."Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin - təbiətə və özünüzə qayğı göstərin", - məlumatda qeyd olunub.Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.