Naxçıvan, 31 mart, AZƏRTAC
Güclü yağan yağışlar nəticəsində Ordubad rayonunun Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu baş verib.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları düşüb. Dərhal əraziyə agentliyin canlı qüvvəsi cəlb olunub. Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda təhlükəsiz hərəkət bərpa edilib.
Müxbir- Nail Əsgərov