
Güclü yağan yağışlar nəticəsində Ordubad rayonunun Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu baş verib.
Yeniavaz.com xəbər verir ki, bu abrədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları düşüb:
“Dərhal əraziyə agentliyin canlı qüvvəsi cəlb olunub. Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda təhlükəsiz hərəkət bərpa edilib”.


