EN

İspaniya hava məkanını məhdudlaşdırdı

Ajans.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat verib. Qəzetin versiyasına görə, Madrid nəinki hücumlarda iştirak edən qırıcı və ya yanacaqdolduran təyyarələrin Rota (Kadis əyaləti) və Moron-de-la-Frontera (Sevilya əyaləti) bazalarından istifadəsini, həmçinin Böyük Britaniya və ya Fransa kimi üçüncü ölkələrdə yerləşən ABŞ təyyarələrinə də İspaniya hava məkanına girişi qadağan edir. Qeyd edilir ki, məhdudiyyətdə ancaq bir istisna nəzərdə tutulur: fövqəladə hallarda təyyarənin uçuşuna və ya enişinə icazə veriləcək.

Daha əvvəl bildirilmişdi ki, krallığın İranda ABŞ-İsrail hərbi əməliyyatını dəstəkləmək istəməməsi fonunda ABŞ İspaniyada yerləşən yanacaqdolduran təyyarələrini digər ölkələrə yönləndirmək qərarına gəlib.

Chosen
76
29
Ajans.az

10Sources