EN

“FIFA Series - 2026”: Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

Futbol üzrə Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək.

"Yeni Sabah" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.


Telegram kanalımız
Chosen
8
12
yenisabah.az

10Sources