EN

Maduro ABŞ həbsxanasından ilk dəfə müraciət etdi - Sabit və sakitik

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ-da həbsdə saxlanılan Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı ilk dəfə sosial şəbəkə vasitəsilə tərəfdarlarına müraciət ediblər.

TurkicWorld xəbər verir ki, müraciətdə onların vəziyyətinin sabit olduğu, ruh yüksəkliyini qoruduqları və dua etdikləri bildirilib. Mesajda tərəfdarların göndərdiyi məktub və dəstək çağırışlarının mənəvi güc verdiyi vurğulanıb.

Xatırladaq ki, Maduro və həyat yoldaşı yanvar ayında ABŞ qüvvələri tərəfindən Karakasda keçirilən əməliyyat zamanı saxlanılaraq Nyu-Yorka aparılıb və hazırda Bruklində yerləşən federal həbsxanada saxlanılır.

Mənbələr bildirir ki, o, həbsdə ciddi məhdudiyyətlər altında saxlanılır və yalnız ailəsi və vəkilləri ilə qısa telefon əlaqəsi imkanına malikdir. Eyni zamanda onun digər məhbuslar tərəfindən “prezident” kimi çağırıldığı da qeyd olunur.

Müraciətdə Maduro tərəfdarlarına təşəkkür edərək onların həmrəyliyinin və dəstəyinin davam etdiyini bildirib. O, çətin dövrdə xalqın birliyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, Maduro ABŞ-da narkoterrorizm, narkotik qaçaqmalçılığı və ağır silahlarla bağlı ittihamlarla üzləşir və özünü təqsirli bilmədiyini açıqlayıb.

Chosen
9
36
turkic.world

10Sources