İran İsraildə Neot-Hovav sənaye zonasında ADAMA şirkətinin zavoduna raket zərbəsi endirib...
APA xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Çinin “Syngenta” qrupuna daxil olan ADAMA şirkətinin açıqlamasında qeyd edilib ki, zavod raket, ya da raket qalıqları ilə vurulub və hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Eyni zamanda bildirilib ki, zavoda dəyən ziyanın həcmi hələlik məlum deyil.
***
İran İsraildə sənaye zonasına ballistik raketlə zərbə endirib.
“The Times of Israel” xəbər verir ki, raket zərbəsindən sonra Ber-Şevdən cənubda, Neot-Hovav sənaye zonasında güclü yanğın başlayıb.
İlkin məlumata görə xəsarət alan yoxdur. (APA)
Poliqon.info