EN

Paşinyanı kilsədə vurmaq istəyən şəxs tutulub

Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvanda St. Anna Church kilsəsində keçirilən ibadət zamanı insident baş verib.

BAKU.WS xəbər verir ki, Paşinyan məbəddən çıxaraq ibadətə gələnlərin arasından keçdiyi anda onu vurmaq istəyiblər. Baş nazirin mühafizəçiləri insidentə müdaxilə ediblər.

Hadisədən sonra İrəvan polisi kilsənin həyətində bir nəfəri saxlayıb.

Chosen
22
26
far.az

10Sources