AZ

Paşinyanı döymək istəyən gənclər saxlanıldı

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bu gün İrəvandakı Müqəddəs Anna kilsəsində baş verən hadisə ilə əlaqədar olaraq Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni vəzifəli şəxsə və ya siyasi fəaliyyətinə müdaxilə) ilə cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, insident ilə əlaqədar üç nəfər saxlanılıb.

Saxlanılanlardan ikisi əkiz qardaş və məktəblidir.

Qeyd edək ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Tsaxkazard liturgiyası üçün Müqəddəs Anna kilsəsində olan zaman gənclərdən biri onu yumruqlamağa cəhd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
12
axar.az

10Mənbələr