ain.az, Apa.az portalına istinadən məlumat verir.
Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, son günlər respublikanın ərazisində aramsız yağan yağışlarla bağlı Pirsaat çayında bol sululuq səbəbindən Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb.
Anbara daxil olan syun miqdarı saniyədə 2 kub metrdən 20 kub metrə qədər artıb. Nəticədə böyük su axınını özündə saxlaya bilməyən su anbarından su axının həcmi və suyun maksimal sürəti rayonun Bakı-Qazax magistralının sol tərəfində yerləşən Rəncbər və Qubalı-Baloğlan kəndlərinin bəzi yerlərində su kanallarının məcrasından çıxmasına səbəb olub.
Hazırda Hacıqabul İcra hakimiyyəti və müvafiq qurumlar tərəfindən kanalətrafı ərazilərdə qabaqlayıcı tədbirlər görülməsi üçün texnika və canlı qüvvə səfərbər olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.