AZ

Su anbarında suyun səviyyəsi kritik həddə - Təhlükəli vəziyyət - FOTOLAR

Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb.

Bakıvaxtı.az-ın APA-ya isitnadən məlumatına görə, son bir-neçə gündə respublikanın ərazisində aramsız yağan yağışlar dağ çaylarının daşmasına səbəb olub. Dağlıq rayonlarda formalaşaraq daha çox yağış və dağ çaylarının suyu ilə qidalanan Pirsaat çayında bol sululuq səbəbindən Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb.

Anbara daxil olan syun miqdarı saniyədə 2 kub metrdən 20 kub metrə qədər artıb. Nəticədə böyük su axınını özündə saxlaya bilməyən su anbarından su axının həcmi və suyun maksimal sürəti rayonun Bakı-Qazax magistralının sol tərəfində yerləşən Rəncbər və Qubalı-Baloğlan kəndlərinin bəzi yerlərində su kanallarının məcrasından çıxmasına səbəb olub. Hazırda Hacıqabul İcra hakimiyyəti və müvafiq qurumlar tərəfindən kanalətrafı ərazilərdə qabaqlayıcı tədbirlər görülməsi üçün texnika və canlı qüvvə səfərbər olub.

Seçilən
2
28
bakivaxti.az

10Mənbələr