EN

Türkiyə ABŞ-a xəbərdarlıq etdi: Onları vuracam...

Türkiyə ABŞ, İraq və kürd silahlı qruplaşmalarına xəbərdarlıq edib ki, kürd təşkilatları İrana qarşı əməliyyatlarda iştirak edərsə, hərbi əməliyyatlara başlayacaq.

Turkustan.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti mənbələrə istinadla məlumat yayıb. “İrana hücumların başlaması ilə İsrail PKK və onun İran qanadı olan PJAK-ın döyüşlərdə iştirakı ilə bağlı danışıqlar aparmağa cəhd göstərməyə başlayıb. Bu təşkilatların komandirləri ilə əlaqələr MOSSAD vasitəsilə saxlanılıb. Bu məlumatı aldıqdan sonra Türkiyə prosesə fəal şəkildə müdaxilə etməyə başlayıb”, - məlumatda bildirilib.

Qəzet yazıb ki, məsələ martın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidentiə Donald Tramp arasında telefon danışığı zamanı müzakirə olunub:

“Ərdoğan İranla müharibədə kürd qüvvələrinin istifadəsinə qəti şəkildə qarşı çıxıb. Kürd təşkilatlarının özlərinə deyilib ki, əgər onlar müharibədə iştirak etsələr, Türkiyə əvvəllər Suriyada olduğu kimi onları vuracaq”. /axar.az/

Chosen
1
2
turkustan.az

9Sources