EN

Britaniyadan dünya çempionatının nəticələrinə etiraz

Böyük Britaniya Fiqurlu Kankansürmə Federasiyası Praqada keçirilən 2026-cı il dünya çempionatında buzüstü rəqs cütlüklərinin yarışının nəticələrindən rəsmi şikayət edəcək.

İdman.Biz xəbər verir ki, britaniyalılar balların yenidən hesablanmasından narazı qalıblar. Məhz bu texniki müdaxilədən sonra Layla Fir və Luis Gibson cütlüyü bürünc mükafatçı olan ABŞ təmsilçilərinə cəmi 0,22 bal fərqi ilə uduzaraq dördüncü pilləyə geriləyib.

Turnirin qalibi adını 230,81 balla fransalı Qiyom Sizeron və Lorans Furnye cütlüyü qazanıb. Britaniya tərəfi isə öz bəyanatında balların silinməsi prosedurunun düzgün tətbiq olunmadığını və bunun idmançıların real çıxış səviyyəsini əks etdirmədiyini bildirib. Federasiya hakimlikdə ədalət, şəffaflıq və ardıcıllıq prinsiplərinin pozulduğunu iddia edir.

Rəsmi şikayət artıq hazırlanıb və Britaniya tərəfi Beynəlxalq Konkiçilər İttifaqına (ISU) müraciət edərək hakimlik prosesinin tam və müstəqil şəkildə yenidən nəzərdən keçirilməsini tələb edəcək. Federasiya eyni zamanda Fir və Gibson cütlüyünə tam dəstəyini nümayiş etdirərək, onların idmana verdiyi töhfələri yüksək qiymətləndirib.

İdman.Biz
Chosen
27
2
idman.biz

3Sources