
Böyük Britaniya Fiqurlu Kankansürmə Federasiyası dünya çempionatında buzüstü rəqs yarışlarının nəticələrindən rəsmi şəkildə şikayət edib.
Qeyd edək ki, britaniyalı cütlük Layla Fir və Lüis Gibson sərbəst rəqs zamanı "yolverilməz element"ə görə 2 xal cərimələnərək bürünc medalı əldən verib və dördüncü yeri tutublar.
Federasiya bu qərarın ədalətsiz olduğunu bildirərək, Beynəlxalq Konki Sürənlər İttifaqından (ISU) hakimliklə bağlı müstəqil analiz aparılmasını tələb edib. Yarışın qalibi fransalı Lorans Furnye-Bodri və Giyom Sizeron cütlüyü olub.