EN

Amerikalılar Trampın siyasətinə qarşı etiraz edirlər

ABŞ-da Prezident Donald Trampın siyasətinə qarşı kütləvi etirazlar keçirilir. 

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, No Kings hərəkatından olan  təşkilatçılar 50 ştatın hamısında 3 200-dən çox etiraz aksiyası təşkil olunduğunu bəyan ediblər.

 

Vaşinqton, Nyu-York və Los-Ancelesdə böyük mitinqlər keçirilib. Kiçik şəhərlərdə və ətraf ərazilərdə də xeyli sayda etiraz aksiyası keçirilib. İştirakçılar demokratiyanı dəstəkləyən və administrasiyanı tənqid edən şüarlar səsləndiriblər.

 

Təşkilatçılar No Kings hərəkatının əvvəlki aksiyalarının milyonlarla iştirakçı topladığını xatırladırlar. Etirazların yeni dalğası da İrana qarşı hərbi hərəkətlərdən narazılıqla bağlıdır.

 

Məşhur amerikalı aktyor Robert De Niro mövcud vəziyyəti ölkə üçün təhlükə hesab etdiyini bildirib.

 

"Səlahiyyətlərinin həddini aşan digər prezidentlər də olub, lakin heç biri azadlıqlarımıza və təhlükəsizliyimizə bu qədər təhlükə yaratmayıb", - De Niro vurğulayıb.

Chosen
15
8
senzor.az

9Sources