AZ

“Krallara yox deyirik“: ABŞ da Tramp siyasətinə qarşı milyonluq etirazlar“ BBC

ain.az, Moderator.az saytına istinadən bildirir.

"ABŞ və Avropada baş verən genişmiqyaslı aksiyalar ölkə daxilində siyasi gərginliyin yeni mərhələyə keçdiyini göstərir..."

ABŞ-də minlərlə insan prezident Donald Tramp administrasiyasına qarşı küçələrə axışıb. 

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

"Hakimiyyət xalqa məxsusdur"

Nəşr yazır ki, "No Kings" ("Krallara yox deyirik") şüarı altında keçirilən aksiyalar bir gün ərzində 3300-dən çox nöqtəni əhatə edib və təşkilatçıların hesablamalarına görə, ümumilikdə təxminən 8 milyon insan iştirak edib. Etirazlar New York, Vaşinqton və Los Angeles kimi iri şəhərlərlə yanaşı, ölkənin kiçik yaşayış məntəqələrini də əhatə edib. Paytaxtda nümayişçilər Linkoln Memorial ətrafında toplaşaraq Milli Park boyunca yürüş ediblər.

Aksiya iştirakçıları Trampın siyasətini "hakimiyyətin həddindən artıq mərkəzləşdirilməsi" kimi qiymətləndirir, onu demokratik institutları zəiflətməkdə ittiham edirlər. Eyni zamanda etirazlar ABŞ-ın İranla bağlı siyasətinə, İsraillə birlikdə apardığı hərbi xəttə və miqrasiya qaydalarının sərtləşdirilməsinə qarşı yönəlib.

Minnesotadan başlayan narazılıq və simvolik çıxışlar

Etirazların əsas mərkəzlərindən biri Minnesota olub. Yanvar ayında miqrasiya xidmətinin əməkdaşlarının iki ABŞ vətəndaşını öldürməsi ölkə boyu narazılıq dalğası yaradıb və bu hadisə yeni aksiyalara təkan verib. Ştatın paytaxtı Sent Pol və Minneapolis küçələrində minlərlə insan toplaşıb. 

Mitinqlərdə məşhur musiqiçi Bryus Sprinqstin çıxış edərək bildirib ki, vətəndaşların bu cür fəallığı "ABŞ-ın hələ də demokratiya olduğunu göstərir". Bəzi aksiyalarda etirazçılar Tramp və onun administrasiya üzvlərinin maketlərini nümayiş etdirərək onların istefasını tələb ediblər. Nyu-Yorkda, xüsusilə "Times Square  ətrafında böyük izdiham toplaşıb, polis küçələri bağlamağa məcbur qalıb.

Hakimiyyətin reaksiyası və beynəlxalq rezonans

Ağ Ev nümayəndələri etirazları ciddi qəbul etmədiklərini açıq şəkildə bəyan ediblər. Prezident administrasiyasının sözçüsü aksiyaları "Tramp əleyhinə isteriyanın terapiya seansları" adlandıraraq onların real ictimai dəstəyə malik olmadığını bildirib. Respublikaçılar isə bu mitinqləri "Amerikaya qarşı nifrət aksiyaları" kimi qiymətləndiriblər.

Bununla belə, etirazlar yalnız ABŞ-la məhdudlaşmayıb. Paris, London və Lissabon kimi şəhərlərdə də oxşar aksiyalar keçirilib. Nümayişçilər bəzi plakatlarda Trampı "faşist" və "müharibə cinayətkarı" adlandıraraq onun impiçmentini tələb ediblər.

Aksiyaların böyük hissəsi dinc keçsə də, bəzi şəhərlərdə toqquşmalar qeydə alınıb. Los Angeles və Dallas kimi yerlərdə polis müdaxiləsi və həbslər baş verib. Ümumilikdə, "No Kings" aksiyaları göstərir ki, ABŞ-da siyasi qütbləşmə dərinləşməkdə davam edir və Tramp administrasiyasının daxili və xarici siyasəti cəmiyyət daxilində ciddi mübahisələr doğurur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
8
moderator.az

9Mənbələr