AZ

Milyonlarla insan Trampa qarşı küçələrə çıxdı - "İranda ABŞ-İsrail müharibəsini dayandırın"…



ABŞ-da milyonlarla insan Prezident Donald Trampın siyasətinə qarşı olduqlarını bildirmək üçün "Krallara Yox" (No Kings) etirazlarında bir araya gəlib.

Ötən ilin iyun və oktyabr aylarında keçirilən Tramp əleyhinə "Krallara yox" etirazlarından sonra, bu ilki nümayişlərdə, ABŞ-da milyonlarla insan meydanları çıxıb.

Vaşinqtondan Los-Ancelesə, Nyu-Yorkdan Çikaqoya qədər ölkənin müxtəlif yerlərində, əsasən böyük şəhərlərdə etirazçılar bu il ABŞ-ın İsraillə birlikdə İrana qarşı başlatdığı hücumlara diqqət çəkiblər.

"Krallara yox" saytına görə, 50 ştatın hamısında 3100-dən çox yerdə keçirilən etirazlarda iştirak etmək üçün 9 milyondan çox insan qeydiyyatdan keçib.

Bu ilki etirazların əsas mərkəzi ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının etirazlar zamanı iki ABŞ vətəndaşını öldürdüyü Minnesota ştatı olub.

Etirazçılar Tramp administrasiyasının, xüsusən də 28 fevraldan bəri İsraillə birlikdə İrana qarşı başlatdığı hücumlarını pankart və şüarlarla tənqid ediblər. Əllərində "Krallara yox", "İranda ABŞ-İsrail müharibəsini dayandırın", "Tramp getməlidir", "Kubanın blokadasına yox" və "Epşteyn sənədlərində deyilsinizsə, siqnal verin" yazıları yazılmış pankartlar qaldırıblar.

Tahir TAĞIYEV

Seçilən
11
8
baki-xeber.com

9Mənbələr