EN

"Toyota"sı olanların nəzərinə

"Toyota" şirkəti Çində yığılmış 560 min avtomobili geri çağıracaq.

Publika.az xəbər verir ki, araşdırma zamanı Çində "GAC Group" və "FAW Group" ilə birgə müəssisələrdə istehsal olunan avtomobillərdə arxa oturacaqlarla bağlı potensial təhlükəli qüsur aşkarlanıb.

Məlumata görə, oturacaqların tənzimləmə mexanizminin konstruksiyasındakı çatışmazlıq səbəbindən arxa oturacağın söykənəcəyi hissə düzgün sabitlənmir.

Bildirilib ki, mexanizmdəki geri qaytarıcı yayın həddindən artıq güclü olması oturacağın sabitliyini zəiflədir və bu da toqquşma zamanı sərnişinlərin xəsarət alma riskini artıra bilər.

Chosen
25
5
publika.az

7Sources